Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Daha bir məktəb direktoru koronavirusa yoluxdu

24 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda daha bir məktəb direktoru koronavirusa yoluxub.

Press.az xəbər verir ki, Təhsil Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Masallı rayonu Təzə Alvadı kənd məktəbinin direktoru, 1958-ci il təvəllüdlü Süleymanov Möhsün Cabir oğlu koronavirus (COVİD-19) diaqnozu ilə bağlı Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məktəb direktorunun səlahiyyətləri Möhsün Süleymanov sağalıb işə qayıdanadək təlim-tərbiyə işləri üzrə direktor müavini Həsrətov Ramin Xudacan oğluna həvalə edilib.

Xatırladaq ki, daha öncə Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin direktoru 1970-ci il təvəllüdlü Əliyeva Arzu Şirin qızının da test nəticəsi pozitiv çıxdığından xəstəxanaya yerləşdirilmişdi.

Oxşar xəbərlər
OTACI