Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirusa yoluxan baş redaktor vəziyyətindən danışdı

24 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ötən günlə müqayisədə, ağrılarım nisbətən artıb”.

Bunu açıqlamasında koronavirusa yoluxan “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib.

Onun sözlərinə görə, həkimlər təlaşa ehtiyac olmadığını deyir:

“Vəziyyətim orta-stabildir. Dünənə baxanda bir balaca narahatlığım artıb. Ümumi olaraq, özümdə halsızlıq, iştahsızlıq hiss edirəm. Müəyyən yüngül ağrılarım olur. İntensiv müalicəm davam edir. Həkimlərin nəzarətindəyik. Ümid edirik ki, tez bir zamanda bu xəstəliyə qalib gələcəyik”.

Xatırladaq ki, ötən gün İlham Quliyev və ailə üzvlərindən COVID-19-a qarşı götürülən test nümunələrinin nəticələri müsbət (pozitiv) çıxıb. Onlar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Müalicələri davam etdirilir.

Oxu.az

Oxşar xəbərlər
OTACI