Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yasamalda qətl törədən keçmiş məhkumlar saxlanılıb

24 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yasamalda qətl törədən keçmiş məhkumlar saxlanılıb

Press.Az xəbər verir ki, iyunun 17-də Yasamal rayonu ərazisindən Bakı şəhər sakini Cəlal Hüseynovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 27-ci polis bölməsinə məlumat daxil olub.

Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini R.Hənifəyev və Abşeron rayon sakini R.İsrafilov saxlanılıblar.

Yasamal rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Oxşar xəbərlər
OTACI