logo
First slide

Ünvanlı sosial yardım alanların sayı 84 mini keçib

24 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Aztəminatlı ailələrə dövlət dəstəyinin gücləndirilməsi tədbirləri çərçivəsində ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsi getdikcə genişləndirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Press.az-a verilən məlumata görə, bu yardımı alan ailələrin sayı təkcə iyun ayında 1 000-dən çox ailə artaraq 84 100-ə çatıb. 

Həmin ailələrdə ümumilikdə 350 mindən çox ailə üzvü var. Hər ailəyə düşən yardımın orta aylıq məbləği 225 manatdan çoxdur.

Xatırladaq ki, yeni qərarla sosial dəstək tədbirlərindən biri kimi xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi müddəti uzadılıb.

Oxşar xəbərlər