logo
First slide

Koronavirusa yoluxan jurnalistlər xəstəxanaya yerləşdirildi - YENİLƏNİB

24 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda koronavirusa yoluxan iki jurnalist 1 saylı Klinik Tibbi Mərkəzə köçürülüblər.

Press.az Oxu.Az-a istinadən məlumatına görə, bir neçə gün əvvəl Cebhe.info xəbər portalının əməkdaşı Müşfiq Abdullayev və həyat yoldaşı Gülşən Abdullayeva, eyni zamanda, bacısı, “Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva COVID-19-a yoluxublar.

10:53

Sosial şəbəkələrdə Azərbaycanda koronavirusa yoluxan iki jurnalistin vəziyyətinin ağır olduğuna dair paylaşımlar edilir. 

Press.Az xəbər verir ki, bu barədə jurnalistlər tərəfindən müxtəlif müraciətlər, statuslar paylaşılır.

Bir neçə gün öncə koronavirusa yoluxan “Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva, onun qardaşı, Cebhe.info xəbər portalının əməkdaşı Müşfiq Abdullayev və həyat yoldaşı Gülşən Abdullayeva COVID-19-a yoluxub.

Test nəticələri müsbət çıxan üç nəfər Atletlər kəndinə yerləşdirilib. Lakin onların vəziyyətinin ağır olduğu, lazımi həkim müdaxiləsinin edilmədiyi deyilir. 

Müşfiq Abdullayev sosial şəbəkə hesabından vəziyyəti ilə bağlı məlumat paylaşıb və qeyd edib ki, təcili tibbi yardım əməkdaşları onları xəstəxanaya aparacağını desələr də, Atletlər kəndinə gətiriblər.

Məsələ ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva ilə əlaqə saxladıq. O bildirib ki, sözügedən jurnalistlərlə bağlı zəruri tapşırıqlar verilib:

“Qeyd etdiyiniz jurnalistlərlə bağlı məsələ aidiyyəti şöbəyə yönləndirilib. Prosedur qaydalarına uyğun şəkildə lazımi tədbirlər görüləcək”.

Xatırladaq ki, daha əvvəl jurnalistlərdən “ARB 24” telekanalının əməkdaşı Azər Ağayev, eləcə də, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev və ailə üzvləri COVID-19-a yoluxub. Onların müalicələri davam etdirilir.

Oxşar xəbərlər