Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Binədə yol kəsişməsində svetofor quraşdırılıb - FOTO

24 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Nəqliyyat şəraitinin yaxşılaşdırılması və piyada təhlükəsizliyinin təmin edilməsi məqsədilə, daha bir yol kəsişməsində svetofor obyekti quraşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən Press.az-a verilən məlumata görə, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, Xəzər rayonu Binə qəsəbəsinin mərkəzi hissəsi hesab olunan Əli İsazadə və Fuad Aynulov küçələrinin kəsişməsində monitorinqlər aparılıb.

Kəsişmədəki eyni səviyyəli piyada keçidinin tənzimlənməməsinin nəqliyyat vasitələrinin hərəkətində gecikmələr yaratdığı və piyadaların həyatları üçün də böyük risk olduğu müəyyən edilib.

Problemləri aradan qaldırmaq məqsədilə, sözügedən yol kəsişməsində svetofor obyektləri quraşdırılıb. Svetofor dirəklərinə görmə məhdudiyyətli şəxslər üçün xüsusi səs qurğuları da qoyulub.

Bununla da qeyd edilən ünvanda piyadaların təhlükəsizliyi və rahatlığı təmin edilib, nəqliyyat ləngimələri aradan qaldırılıb.

Oxşar xəbərlər
OTACI