Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda karantini pozan kafe sahibi və müştəriləri cəzalandırıldı

24 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Paytaxtın Sabunçu rayonunda sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

Press.az-ın xəbərinə görə, Sabunçu Rayon Polis İdarəsi Post Patrul Xidməti və 13-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə iyunun 23-də saat 18:30 radələrində Bakıxanov qəsəbəsində N.İsmayılov küçəsində fəaliyyət göstərən “Azəri” kafesinin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin sahibi H.Məhərrəmov 1 500 manat, digərləri 200 manat cərimə olunublar.

Oxşar xəbərlər
OTACI