Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bibiheybət yolu istifadəyə verildi - RƏSMİ

24 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Keçən il təmirə bağlanan Bibiheybət yolu ötən gecədən istifadəyə verilib. 

Press.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yol artıq açılıb:

“Yolun Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığından keçən hissəsi asfaltlandıqdan sonra dünən gecə saatlarından istifadəyə verilib. Sözügedən yol üzərindən şəhərə giriş-çıxış bərpa olunub”. 

Xatırladaq ki, Bibiheybət məscidi yaxınlığından keçən yolda ötən il bir neçə dəfə sürüşmə hadisəsi qeydə alınıb. Torpaq sürüşməsi səbəbindən yolun təxminən 250-300 metrlik hissəsi uçaraq, tamamilə yarasız hala düşmüşdü.

Oxşar xəbərlər
OTACI