logo
First slide

Milli Məclis sabah toplanır

24 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sabah - iyunun 25-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.

Press.az xəbər verir ki, iclasın gündəliyinə 16 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (üçüncü oxunuş).

2. “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (üçüncü oxunuş).

3. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (ikinci oxunuş).

4. “İcra məmurları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (ikinci oxunuş).

5. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (ikinci oxunuş).

6. Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (ikinci oxunuş).

7. Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (ikinci oxunuş).

8. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (ikinci oxunuş).

9. “Telekommunikasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (ikinci oxunuş).

10. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (birinci oxunuş).

11. “Notariat haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş).

12. “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş).

13. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş).

14. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş).

15. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş).

16. “Qrant haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş).

Oxşar xəbərlər