Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Fransada COVID-19-dan ölüm hallarının sayı 29,7 minə çatdı

24 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fransada bir gündə koronavirusdan 57 insan ölüb.

Press.az xəbər verir ki, bu barədə “Le Parisien” ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, Qərbi Avropa ölkəsində COVID-19-dan ölüm hallarının ümumi sayı 29 720-yə çatıb.

Məlumata görə, xəstəxanalarda baş verən ölüm hallarının sayı 19 232-dir, tibbi-sosial müəssisələrində ölüm hallarının sayı 10 488-dir.

Son 24 saatda koronavirusa 517 yeni yoluxma təsdiq edilib. Beləliklə, Fransada təhlükəli infeksiyaya yoluxanların sayı 161 267-ə çatıb.

Hazırda 9 491 koronavirus pasiyenti xəstəxanalardadır. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Oxşar xəbərlər
OTACI