Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Bəlkə də, Rusiyada koronavirusa qarşı vaksin tez hazırlana bilər” - Cəlal İsayev

24 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Biz həmişə Rusiya elmi ilə inkişaf edib, onlardan dəstək almışıq. İnanıram ki, bu istiqamətdə Rusiyada bir çox təcrübələr aparılıb. Virus xəstəlikləri üçün vaksinlərin hazırlanması uzun müddət tələb edir.

Hazırlansa da, bir çox sınaqlardan keçirilməlidir ki, insan orqanizminə heç bir zərər vurmayacağı dəqiqləşdirilsin. Yalnız bundan sonra kütləvi istifadəsinə icazə verilə bilər. Ən yaxşısı isə yenə də insanların bu xəstəliyə yoluxmamaq üçün karantin qaydalarına əməl etməsidir.

Press.Az medicina.az-a istinadən bildirir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev "Real" TV-yə müsahibəsində deyib.

O bildirib ki, mövcud dövrdə Rusiya səhiyyəsi kifayət qədər güclüdür:

Bu xəstəlik "SaRS-1" virusu kimi bir anda yox ola bilər. O virus bir il epidemiya kimi davam etdi və sonra təmizləndi. Ya da düşünək ki, hər birimiz koronavirusa yoluxacağıq. Bunu düşünməkdənsə, yoluxan insanların sayının azalmasına dəstək olaq.

Mən buradan hər kəsə müraciət edirəm və xahiş edirəm ki, xəstəliklə mübarizədə bir olaq. Bu gün dövlətin məqsədi insanların sağlamlığını qorumaqdır".

Oxşar xəbərlər
OTACI