Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xalq artisti vəfat edən oğlundan danışdı: “Fəridi özümə atam, qardaşım bilirdim” - VİDEO

24 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Artıq səkkiz ildir ki, övladım rəhmətə gedib. 11 il ondan əvvəl isə o məhbus həyatı yaşayıb”.

Bu sözləri Xalq artisti Arif Quliyev “Xəzər” televiziyasında yayımlanan “5/5” axşam şousunda qonaq olarkən deyib.

Sənətkar 2012-ci ildə dünyasını dəyişən oğlu Fərid Quliyevin yoxluğu ilə barışa bilmədiyini və onu itirməkdə özünü günahlandırdığını bildirib:

“Yuxuma girir... Hərdən onunla söhbət edirəm. Ona yenə də məsləhətlər verirəm. İtki vermək özü bir ağır bəladır. Elə anlar olurlar ki, çarpayıdan qalxıb, Fəridi axtarıram.

Hər zaman başım işimə qarışıb. Bəlkə də səhvim olub. Özümü təqsirkar görürəm və heç zaman bağışlaya bilməyəcəyəm. Ürəyimdə Fəridə deyiləsi çox sözlərim qaldı.

Onun ali təhsili yarımçıq qaldı. İstərdim, onu xalqına xidmət edən bir insan görüm. Amma qismət olmadı. Çox ağrılı və acılı həyatım olub. Nə ana, nə də ki ata görmüşəm. Fərid, axı sən böyüyəndən sonra səni atam, qardaşım bilirdim... Kimsəsiz bir insanam. Səni özümə arxa görmək istərdim (ağlayır).

Hər şeyi təbii qəbul edirəm. Çünki həyat varsa, burada sevinc də var, kədər də. Teatrımızın emblemində insanın üzü əks olunub. Üzün bir tərəfi gülür, digər tərəfi isə ağlayır. Hər hadisə həyatdan götürülür. Həyat isə insan yaşamının meyarıdır. O meyar ki sənə həyatda qismət olur... Hər şeyə alın yazısı kimi baxıram.

Gələnlə gedənin önünü kəsmək qeyri-mümkündür. Hər insana ölüm qismət olacaq. Bir şeyə yanıram ki, oğlum Fəridi gənc yaşda itirdim. Lakin insan itkisinin yaşı olmur”.

Oxşar xəbərlər
OTACI