Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə koronavirusdan sağalanların sayı 162 min nəfəri ötüb

23 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyədə son 24 saat ərzində daha 27 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Press.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 001 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 268 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 190 165 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 315 nəfər olmaqla 162 848 nəfər təşkil edir.

Son sutka ərzində koronavirusla bağlı 40 496 test aparılıb.

Oxşar xəbərlər
OTACI