Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Fransa payızda koronavirus vaksininin sınaqlarına başlayacaq

23 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fransanın "Sanofi" əczaçılıq şirkəti koronavirus vaksininin kliniki sınaqlarına bu ilin sentyabrında başlamağı planlaşdırır.

Press.az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Bu vaksin Böyük Britaniyanın GSK şirkəti ilə birgə DNT-nin rekombinasiyası texnologiyası əsasında hazırlanıb. Şirkət bildirir ki, sınaqların uğurla başa çatacağı təqdirdə ildə 1 milyard doza istehsal oluna bilər. Həmin vaksinin 2021-ci ilin ilk yarısında satışa çıxarılması nəzərdə tutulur.

"Sanofi", həmçinin "Translate Bio" şirkəti ilə birgə daha bir vaksinin üzərində işləyir. RNT fraqmentinin köçürülməsi üsulu ilə hazırlanan bu vaksinin ilin sonunadək sınaqlardan keçirilməsi planlaşdırılır.

Oxşar xəbərlər
OTACI