Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Liqa 1-in autsayderləri elita ilə vidalaşdı - Rəsmi

23 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Fransa çempionatında son iki pilləni tutan “Amyen” və “Tuluza”nın elitanı tərk etməsi dəqiqləşib.

Press.az xəbər verir ki, mövsümün erkən başa çatdırıldığı açıqlanarkən bu iki klub qərarla razılaşmadığından məhkəməyə müraciət etmişdi.

Artıq bu məsələ ilə bağlı yekun qərar qəbul olunub. Hər iki klub 2020/21 mövsümündə Liqa 2-də mübarizə aparacaq. Bu barədə Fransa Peşəkar Futbol liqasının rəsmi saytı məlumat yayıb. Bu isə o deməkdi ki, Liqa 1 yeni mövsümdə 22 yox, ənənəvi olaraq 20 klubun iştirakı ilə keçiriləcək. “Amyen”lə “Tuluza”nı elitada Liqa 2-nin son mövsümünün qalibi “Loryan” və ikinci pilləni tutan “Lans” əvəz edəcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI