Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İki hakimə töhmət verildi, 5-i barəsində intizam icraatı başlanıldı

23 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Məhkəmə-Hüquq Şurasının bu gün keçirilən növbəti iclasında xüsusi karantin rejiminin, hakimlərin etik davranış qaydalarının tələblərinin pozulmasına görə Saatlı Rayon Məhkəməsinin sədri İxtiyar Abuşova, qanunvericiliyin tələblərini pozduğuna görə Mingəçevir Şəhər Məhkəməsinin hakimi Ələkbər Hüseynova töhmət verilib.

Bu barədə Press.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 5 hakim, o cümlədən korrupsiyaya və qeyri-prosessual münasibətlərə şərait yaradan hallara yol verdiklərinə görə 2 məhkəmə sədri barədə intizam icraatı başlanılıb.

Məhkəmə sisteminə ictimai etimadı azaldan və ədalət mühakiməsinin nüfuzuna xələl gətirən hallara yol verən hakimlər barədə bundan sonra da ən sərt tədbirlərin görüləcəyi bir daha diqqətə çatdırılıb.

Oxşar xəbərlər
OTACI