Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Leyla Əliyevanın dəstəyilə rəssam tələbə əlil arabasından qurtuldu - VİDEO

23 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dördüncü kurs tələbəsi, birinci qrup əlil Cavid Həsənli əməliyyat olunaraq, əlil arabasından qurtulub.

Press.az-ın məlumatına görə, Cavid Həsənlinin xəstəliyi yeddi yaşından başlayıb və orta təhsilini evdə tamamlayıb.

2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına rəngkarlıq ixtisası üzrə qəbul olunub. Üçüncü kursda oxuyarkən səhhəti ağırlaşıb və təhsilini yarımçıq qoymaq təhlükəsi ilə üzləşib. Əməliyyat üçün tələb olunan böyük məbləği ödəmək imkanında olmayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyilə bir il ərzində Bakıda müxtəlif xəstəxanalarda dörd dəfə əməliyyat olunub və nəhayət, əlil arabasından xilas olub.

Təhsilini davam etdirmək imkanı qazanan Cavid Həsənli artıq məzun olacaq.

Oxşar xəbərlər
OTACI