logo
First slide

"Semaşko" xəstəxanasında bu gecə 20 nəfər koronavirusdan ölüb? - RƏSMİ AÇIQLAMA

23 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sosial şəbəkələrdə bu gecə 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) 20-ə yaxın koronavirus xəstəsinin vəfat etdiyi barədə məlumat yayılıb. İddia olunur ki, orada olan şəxslər 20 meyitin xəstəxanadan çıxarıldığının şahidi olublar.

Press.az xəbər verir ki, Axeber.az məsələni dəqiqləşdirmək üçün xəstəxananın baş həkimi Ədalət Dadaşovla əlaqə saxlayıb. Ə. Dadaşov açıqlamasında bu informasiyaların həqiqətə uyğun olmadığını deyib. Onun sözlərinə görə, dünən xəstəxanada 3 nəfər koronavirusdan dünyasını dəyişib: "Necə ola bilər ki, 20 insan vəfat etsin, amma bunu gizlədək?! Bu doğru deyil. Biz bəzən vəziyyəti orta-ağır olan xəstələri “Atletlər kəndi” ərazisinə göndəririk. Bildiyiniz kimi, burada yalnız ağır xəstələr müalicə olunur. Ola bilər ki, həmin informasiyanı yayan şəxslər də “Atletlər kəndi”nə aparılan xəstələri görüb və səhv anlayıblar".

Məlumat üçün bildirək ki, “Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəz pandemiya xəstəxanası kimi fəaliyyət göstərir. Mərkəzə xəstə qəbulu dayandırılıb.

Qeyd edək ki, ötən gün Azərbaycanda 478 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər isə vəfat edib. Son məlumatlara görə, indiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5 878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Oxşar xəbərlər