logo
First slide

Baş Prokurorluq dövlət qulluqçularını təbrik edib

23 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Baş Prokurorluq 23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə bütün dövlət qulluqçularını təbrik edib.

Press.az-ın məlumatına görə, bu barədə təbrik Baş Prokurorluğunun "facebook" səhifəsində yerləşdirilib: "Dövlət başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı sayəsində koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması üçün mübarizə aparıldığı bugünlərdə öz fəaliyyətlərini pandemiya dövrünün tələblərinə uyğun şəkildə quraraq vətəndaşlara xidmət etmək üçün əllərindən gələni əsirgəməyən dövlət qulluqçuları böyük rəğbətə, dərin hörmətə və ehtirama layiqdirlər.

Bu münasibətlə Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından bütün dövlət qulluqçularını, o cümlədən prokurorluq orqanlarında peşəkar və əzmkarlıqla xidmət edən dövlət qulluqçularını təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq".

Oxşar xəbərlər