Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gürcüstandan təxliyyə ediləcək Azərbaycan vətəndaşlarında koronavirus aşkarlanıb?

23 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstandan təxliyyə ediləcək Azərbaycan vətəndaşları arasında koronavirusa yoluxma halı müəyyən edilməyib.

Press.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Tbilisidəki konsulu Ramel Lətifov bildirib.

Onun sözlərinə görə, ötən gün 178 Azərbaycan vətəndaşından götürülən PCR testinin hamısının cavabı neqativ olub, bu səbəbdən vətəndaşların təxliyyəsi üçün heç bir maneə qalmayıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşları bir neçə dəqiqə sonra Tbilisidə Azərbaycan səfirliyinin binasının qarşısından ayrılmış üç xüsusi avtobusla Sınıq Körpü sərhəd keçid məntəqəsinə gətiriləcək.

Təxliyyə ediləcək şəxslər Azərbaycanda karantində saxlanılmayacaq və onlara qeydiyyatda olduqları əraziyə getmələri üçün ölkə ərazisində bir günlük sərbəst hərəkət icazəsi veriləcək.

Oxşar xəbərlər
OTACI