logo
First slide

Mühəndis Qoşunlarının yeni inşa edilən infrastrukturu istifadəyə verilib

23 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədov Mühəndis Qoşunlarının yeni inşa edilən mühəndis infrastrukturunun açılışında iştirak edib.

Bu barədə Press.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

General-leytenant F.Məmmədov hərbi hissədə yeni inşa edilən əsgər yataqxanası, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana kompleksi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.

Mühəndis qoşunlarının hissə və bölmələrində döyüş hazırlığının təşkili və aparılması, mühəndis-istehkam bölmələrinin taktiki-xüsusi, xüsusi və texniki hazırlığının yüksək səviyyədə saxlanılması üçün yeni mühəndis şəhərciyi və mühəndis texnikalarının sürücülük sahəsi də hazırlanaraq istifadəyə verilib.

Qeyd olunub ki, yaradılan şərait Mühəndis Qoşunlarının hissə və bölmələrinin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına müsbət təsir göstərəcək.

Oxşar xəbərlər