Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Badamdar yamacında sürüşmə belə dayandırılacaq - VİDEO

23 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Badamdar sürüşmə sahəsində işlərə başlanılıb. Yamacda terrasların salınması ilə sürüşmənin qarşısının alınması planlanır. Ərazidəki mövcud vəziyyət Yaponiya və azərbyacanlı mütəxəsislərin birgə iştirakı ilə təhlil edilib. Işlər ilin sonuna qədər yekunlaşacaq.

Badamdarda sürüşmənin qarşısını almaq üçün layihənin icrasına başlanılıb.

Uzun müddətdir Badamdar yamacında Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin iştirakı ilə tədqiqat işləri aparılıb. Tədqiqatlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin və Yaponiya şirkətlərinin mütəxəssisləri iştirak ediblər.Yerli mütəxəsislərlə birlikdə Yaponiya şirkətləri tərəfindən də bu yamacın problemlərini birdəfəlik həll etmək üçün kompleks tədbirlər layihəsi işlənilib.

FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynlinin sözlərinə görə,burda əsas məqsəd yamacın stabiliyyini təmin etməkdir.Quyularla suyun yamacdan kənarlaşdrıılmaıs ilə yanaşı yamacın beton sədlərlə bərkidilməsi də nəzərdə tutulur.

Tikintini yerli şirkətlər həyata keçirir.Yollar bağlı olduğuna görə yapon mütəxəssislər bu işlərə onlayn şəkildə nəzarət edirlər.Ümumi işlərin ilin sonuna yekunlaşması planlanır.

Oxşar xəbərlər
OTACI