Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İyun ayında 190 manat birdəfəlik müavinətin verilməsinə nazirlikdən “CAVAB”

22 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirləri kimi işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara dəstək məqsədilə iyun ayında da 190 manat məbləğində birdəfəlik ödəmələrin verilməsinə “aydınlıq” gətirib.

Press.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov nazirliyin iyun və iyul aylarında bu müavinətlər veriləcəkmi sualına cavab olaraq “bu barədə ictimaiyyətə məlumat veriləcək” deyə bildirib.

Nazirlik sözçüsü həmçinin bildirib ki, pandemiya dövründə həmçinin Prezident İlham Əliyevin tapşırığına əsasən, 1 milyon 665 min işçinin iş yerinin və əməkhaqqı gəlirlərinin qorunması təmin edilir.

Nazirlik rəsmisinin NOCOMMENT.az-ın “Sərtləşdirilmiş karantin dövründə iş yerləri bağlanan, karantin şərtlərinə görə evdə oturan insanlara hər hansı bir dəstəyin göstərilməsi nəzərdə tutulurmu?” və “Pandemiya dövründə əhalinin sosial həssas qruplarına dəstək məqsədi ilə hansı Proqram və ya Layihələrin həyata keçirilməsi planlaşdırılır?” suallarına cavab isə özünü çox ləngitmədi:

“Ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılır və artıq DOST İş Mərkəzi vasitəsi ilə əlavə 23 min şəxs ictimai işlərə cəlb olunmaqla ictimai işçilərin sayı 61 minə çatıb. Bu il minimum 12 min ailənin özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatları qurulur. Eyni zamanda 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edilir, 100 minədək aztəminatlı ailənin ərzaq yardımı ilə təminatı işləri aparılır. Mühüm sosial proqramlardan biri olan ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsi getdikcə genişlənir. son il yarımda ünvanlı yardım proqramının əhatə etdiyi ailələrin sayı 2 dəfə artaraq 83 minə (ailə üzvlərinin sayı 350 minə) çatıb.

İşsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, ünvanlı dövlət sosial yardımının verilmə müddəti bitənlərə bu yardımın, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik və bununla onlara müvafiq ödənişlərin verilməsi müddətinin də uzadılması təmin olunub.

Bununla bağlı onlara son ayların ödənişləri də edildi.

Habelə işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsi genişləndirilir.

Eyni zamanda, əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırıldı, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməi təmin edilir.

Bütün bunlar pandemiya dövründə çoxistiqamətli sosial dəstək tədbirlərinin icra olunduğunu və dövlətin indiki şəraitdə də hər bir vətəndaşının yanında olduğunu göstərir. Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı əsasında ölkəmizdə pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirləri 4,8 milyon insanın və ya əhalinin 48 faizə qədər hissəsini əhatə etdi. Dövlət başçısının tapşığına uyğun olaraq proqramın əhatə dairəsi 3 dəfə artırılmaqla, 600 min şəxs aprel-may ayları üzrə birdəfəlik ödəmə ilə təmin edildi, bunun üçün 228 milyon manat vəsait yönəldildi”, deyə Fazil Talıbov əlavə edib.

Oxşar xəbərlər
OTACI