Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mavritaniyada qalan azərbaycanlı dənizçilər Türkiyəyə gətirilib - VİDEO

22 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bir müddət əvvəl iş adı ilə aldadılıb Mavritaniyaya aparılan, sonradan ciddi problemlərlə üzləşən Azərbaycan vətəndaşı olan 4 dənizçi iyunun 21-də çarter reysi ilə Türkiyəyə gətirilib. 

İstanbul hava limanında onları "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Türkiyə nümayəndəliyinin əməkdaşları qarşılayıb və hotelə yerləşdiriblər. 

ASCO-nun Türkiyə nümayəndəliyinin rəhbəri Orxan Qurbanov "Report"a bildirib ki, həmvətənlərimizin Mavritaniyada yaşayışı ilə bağlı yığılmış hotel xərcləri və ölkəyə qayıdışları üçün tələb olunan müvafiq məbləğdə pul vəsaiti ödənilib: "Onlar yaxın günlərdə çarter reysi ilə Azərbaycana qayıdacaqlar. Koronavirus pandemiyası ilə əlaqədar Mavritaniyada qalan vətəndaşlarımızla ASCO əməkdaşları, o cümlədən Azərbaycan Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Dəniz Agentliyinin nümayəndələri mütəmadi əlaqə saxlayaraq onların problemlərinin aradan qaldırılması üçün müvafiq tədbirlər görüb. Onların işləmək üçün getdikləri gəmilərin Azərbaycanın heç bir şirkəti ilə əlaqəsi yoxdur".

Dənizçilər problemlərinin həlli istiqamətində göstərdikləri köməkliyə görə Azərbaycan hökumətinə təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, 4 azərbaycanlı dənizçi - kapitan Rövşən Abdullayev, baş mexanik Mikayıl Mikayılov, kapitan köməkçiləri - Arif Əsgərov və Fərəc Əliyev iş vədi ilə Türkiyəyə, oradan da Mavritaniyaya aparılıb. Lakin verilən vədlər boş çıxıb, koronavirus pandemiyası ilə əlaqədar sərhədlər bağlandıqdan sonra isə maddi problemlərlə üzləşiblər.

Report

Oxşar xəbərlər
OTACI