Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda alınan dərman qutusu boş çıxdı - RƏSMİ AÇIQLAMA + VİDEO

22 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı sakini aldığı dərman vasitəsindən şikayət edir.

Bu barədə müştəri özü sosial şəbəkədə videogörüntü yayıb.

O qeyd edib ki, aptekdən “Essentiale forte N” dərmanını alıb. Bildirilir ki, dərmanı açıb, istifadə etmək istəsə də, içi boş olub.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, dərman bərk jelatin kapsul formasındadır:

“Yəni tərkibi balabənzər, fosfolipidlərdən ibarət pastaşəkilli kütlədir. Kapsulu açıb silkələməklə içi, həqiqətən, boş görünə bilər, çünki tərkib toz şəklində deyil. Kapsulu bir az sıxmaqla içindən pastaşəkilli kütlənin çıxdığını görmək olar”.

“Bəzi məlumatsız insanlar bu vəziyyətdən kor-koranə, sui-stifadə etməklə əhali arasında çaşqınlıq yaradırlar, əsassız ittihamlara yol verirlər”, - deyə mərkəzdən qeyd edilib.

Oxu.az

Oxşar xəbərlər
OTACI