Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Baş redaktor və ailə üzvləri koronavirusa yoluxdu

22 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Kaspi" qəzetinin baş redaktoru, Əməkdar jurnalist İlham Quliyev ailə üzvləri ilə birlikdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Press.az xəbər verir ki, baş redaktor bu barədə sosial şəbəkə hesabında bildirib.

"Koronavirus infeksiyası ilə mübarizə aparan xəstələrin sırasına mən və ailə üzvlərim də qoşuldu. Kompüter tomoqrafiyası ilə aparılan müayinələr ağciyərlərimin hər iki payında buzlu şüşə aşkarladı. Müalicə "Neftçilər" xəstəxanasında davam etdirilir. Çətinliklərə və ağrılara baxmayaraq, nikbinik. Tezliklə virusla mübarizəni qazanıb, normal həyata qayıdacağımıza inanırıq. Özünüzü qoruyun", - İ.Quliyev qeyd edib.

Oxşar xəbərlər
OTACI