Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəhla Bağırzadə: “Bəhramın vəziyyətində heç bir müsbət irəliləyiş yoxdur”

22 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bəhram Bağırzadənin vəziyyəti ağır-stabil olaraq qalır, sadəcə, gözləyirik”.

Bunu açıqlamasında Əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.

O bildirib ki, həkimlər əllərindən gələni etsə də, hələlik yaxşılaşma yoxdur:

"Təəssüf ki, Bəhramın vəziyyətində heç bir müsbət irəliləyiş yoxdur. Vəziyyəti əvvəlki qaydada, ağır olaraq qalır. Həkimlər bir müddət gözləməli olduğumuzu deyir. Müalicənin gedişatı ilə bağlı konkret nəsə demək üçün çox tezdir”.

Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. Vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Oxu.az

Oxşar xəbərlər
OTACI