Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Həkim: Yoluxma sayında artım davam edərsə, hər bir evdə...

22 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

COVİD-19-a yoluxan insanların sayının artımı uzun müddət davam edərsə, hər bir evdə, hər bir ərazidə virusun yayılması sürətlənəcək və onun qarşısını almaq çox çətin olacaq.

Bunu  Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının dosenti, koronaviruslu xəstələri müalicə edən Mirəsgər Əsgərov deyib.

Azərbaycan dövlətinin koronavirusla mübarizə sahəsində bütün lazımı addımları atdığını deyən M.Əsgərov qeyd edib ki, ölkədə karantin rejiminin yumşaldılması yoluxma sayının artmasına səbəb oldu:

“İnsanlarımız bu yumşalmanı düzgün anlamadılar. Onlar ictimai nəqliyyat vasitələrində, restoran və kafelərdə və s. ictimai yerlərdə ara məsafəni qorumadılar, tibbi maskadan istifadə etmədilər, şəxsi gigiyenik qaydalara, deyilən tövsiyələrə əməl etmədilər. Bu da öz növbəsində xəstə sayının getdikcə artmasına səbəb oldu. Bütün bunlara görə də sərt karantinin tətbiqi vacib şərt idi”.

M.Əsgərov bildirib ki, COVİD-19-la bağlı bacarıqlı mütəxəssislərin vasitəsilə KİV-lər tərəfindən aparılan təblığat da gücləndirilməlidir: “İnsanları hədə-qorxu yolu ilə, nəyəsə məcbur etməklə deyil, maarifləndirməklə başa salmaq olar. Hər birimiz ətrafımızdakı 5-10 insana bunu başa sala bilərik. Əgər biz “qaydaları pozanlara yalnız polis nəzarət etsin, avtobuslarda maska istifadə etməyənlərə sürücü baxsın” desək, bu, düzgün yanaşma olmaz. Biz bu məsələdə vətəndaş həmrəliyi nümayiş etdirməliyik”.

Trend

Oxşar xəbərlər
OTACI