Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Akademik Musiqili Teatr Qurtuluş Günü münasibətilə xalqımızı təbrik etdi - VİDEO

15 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Akademik Musiqili Teatr Milli Qurtuluş Günü Münasibətilə ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan musiqili kompozisiyanı sosial şəbəkə izləyicilərinə təqdim edib.

Press.az xəbər verir ki, teatrın baş dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin rəhbərliyi və dirijorluğu ilə "Nəsillər" ("Generations") estrada qrupunun üzvləri, Akademik Musiqili Teatrın gənc və istedadlı solistləri — Aydan Həsənova, Hidayət Əliyev, Emin Zeynallı sözləri Baba Vəziroğlu, musiqisi Kamalın "Sən elə bir zirvəsən" əsərini ifa ediblər.

Qeyd edək ki, yeni yaradılan estrada qrupunun ilk çıxışında gənc solistləri orkestrin üzvləri — Murad Kərimov və Dərya İsmayılov, Nigar Həsənli, Rəsul Lətifzadə, Atabəy İsmayılov və Ramin Musayev müşayiət ediblər.

Kompozisiya sosial şəbəkə izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.

Oxşar xəbərlər
OTACI