Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sərt karantin qaydaları nə vaxt bitəcək? - RƏSMİ AÇIQLAMA / VİDEO

07 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünən gecədən etibarən Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərləri, həmçinin Abşeron rayonunda karantin rejimi qaydaları qəfil sərtləşdirilib. Bir çox dövlət və özəl qurumların fəaliyyətləri dayandırılıb, hətta aptek və marketlər də iki günlük qapadılıb. Tək-tək istisnalar olmaqla insanların çölə çıxışlarına qadağa qoyulub.

Əslində gözləmədiyimiz bir şey baş verib. Çünki son günlər karantin rejiminin yumşaldılması yolu tutulmuşdu. Bəs nə baş verdi və niyə rejim sərtləşdirildi? Bu rejim nə vaxta qədər davam edəcək?

Press.az xəbər verir ki, bu suallara TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı "Xəzər Xəbər"ə müsahibəsində aydınlıq gətirib. O, həmçinin koronavirusu simptomsuz olaraq keçirən şəxslərdə yeni xoşagəlməz əlamətlər müşahidə etdiklərinə də diqqət çəkib. Üstəlik, evdə özünü müalicə etməyə çalışan insanlara sərt xəbərdarlıq edib.

Ramin Bayramlı onu da bildirib ki, Operativ Qərargahın iş yükünün çoxalmasına, yoluxma sayının artmasına və nəticədə indiki vəziyyətin yaranmasına səbəb hələ də cəmiyyətdə bəzi insanların virusun varlığına inanmamalarıdır.

TƏBİB-in rəhbəri onu da qeyd edib ki, həftəsonu tətbiq edilən sərt karantin qaydalarına təsadüfi gedilməyib və bunun dünyada tətbiq edilərək nəticə əldə olunan çoxsaylı elmi əsasları var.

Ramin Bayramlı hazırda yeni növ koronavirusu simptomsuz keçirən insanlarda yeni xoşagəlməz əlamətlər aşkar etdiklərinə də diqqət çəkib.

TƏBİB-in İdarə Heyətinin sədri ən təhlükəli halların evdə özünü müalicə etməyə çalışan insanlarda meydana gəldiyini bildirib və vətəndaşları qəti olaraq bu yanaşmadan çəkinməyə çağırıb.

TƏBİB sədri onu da qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah istənilən qərarı verməzdən öncə bütün təkliflər geniş şəkildə müzakirə olunur. Qərarlar isə həmişə insanlara minimal mənfi təsir edəcək şəkildə qəbul edilir. Həftəsonları sərt karantin qaydalarının tətbiqinin nə vaxt ləğv ediləcəyi isə vətəndaşların sanitar gigiyena təlimatlarına düzgün əməl etmələrindən asılı olacaq.

Oxşar xəbərlər
OTACI