Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Qarabağ”dan ilk transfer – Portuqaliyadan...

06 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ"ın yay transfer pəncərəsi dönəmində alacağı ilk futbolçu bəlli olub.

Press.az Qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi son olaraq Portuqaliyanın 2-ci liqa təmsilçisi "Deportivo Saviş" klubunun kolumbiyalı müdafiəçisi Kevin Medinanı transfer edib. 27 yaşlı mərkəz müdafiəçisi bütün detallar razılaşdırılıb. Koronavirus pandemiyasına görə Azərbaycanın bağlanan sərhədləri açıldıqdan sonra Kevin Bakıya gələrək “Qarabağ”la 2+1 illik müqaviləyə imza atacaq.
 
Karyerası Portuqaliya ilə bağlı olan Medina keçən ilin yayından "Saviş"də çıxış edirdi. O, daha əvvəl "Akademiko Vizeu", "Pinhalnovenze", "Sintrenze", "Moura" və "Naval"ın da formasını geyinib. 27 yaşlı müdafiəçisi bu mövsüm 16 matçda meydana çıxıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI