Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Twitter” Trampın aksiyalarla bağlı paylaşımını bloklayıb

06 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Twitter” sosial şəbəkəsi ABŞ Prezidenti Donald Trampın seçkiöncəsi qərargahının etiraz aksiyaları ilə bağlı paylaşdığı videonu müəllif hüquqlarının pozulmasını əsas gətirərək bloklayıb.

Press.az “RİA Novosti”yə istinadən xəbər verir ki, @TeamTrump hesabında videonun yerinə müəllif hüququ sahibinin sorğusu əsasında yazının silinməsi barədə xəbərdarlıq yerləşdirilib.

Bununla belə, video hələ də qərargahın “YouTube”, “Facebook” və “Instagram”dakı hesablarında qalıb. Paylaşılmış görüntülərdə polisin əlində ölən afroamerikalı Corc Floydun portretləri və dinc etiraz nümayişləri yer alır.

Vəkil Sem Kulak “Associated Press” agentliyinə bildirib ki, Tramp qərargahının tvitinə qarşı şikayəti o edib. Eyni zamanda, vəkil hansı müəllif hüququnun adından şikayət edildiyini deməyib.

Oxşar xəbərlər
OTACI