Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Əməkdar artist Çingiz Əhmədovun, Teatrın rəhbəri Əliqismət Lalayev barədə səsləndirdiyi fikirlərə kənar gözlə baxaq... - TƏHLİL

05 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Əməkdar artist Çingiz Əhmədovun Teatrın rəhbəri Əliqismət Lalayev barədə səsləndirdiyi fikirlərə, birdə üçüncü şəxs kimi baxaq.

Əməkdar artist Çingiz Əhmədovun səsləndirdiyi fikirlərdən biri: "Köhnə direktor müavinlərini işdən çıxarıb, yerinə iki nəfər gətirib. Teatrı gəzirlər, aktyor işə gəlmirsə, gecikibsə, ona töhmət yazmaqdansa, 50 manat cərimələyirlər." - deyə bildirib.

Azərbaycan Respublikasının müvafiq qanunlarına əsasən 65 yaşı tamam olmuş əməkdaşlar və şəxsi ərizəsi ilə işdən azad olunmaq istəyən hər bir işçi işdən azad olunur. Aldığımız məlumata görə işdən azad olunan müavinlərin bu səbəblərlə bağlılığı vardır. Yeni təyin edilmiş direktor müavinləri də teatrı gəzirlərsə demək ki, sadəcə kreslo arxasında əyləşib dincəlmirlər. Teatrın daxili nizam-intizam qaydalarına nəzarət edirlər. Bu özbaşnalığın, hərcmərcliyin olmamasının göstəricisidir.

Növbəti fikir isə : "Müavinlər aktyorlara izahat yazdırırlar ki, niyə işə gəlməyiblər, niyə gecikiblər. Bu, aktyordur, 50 problemi var." - deyə Ç. Əhmədov bildirib.

Fikrimizcə yaxşı sənətkarın, aktyorun ən önəmli işi elə teatrdakı işi – məşqləri və tamaşalarıdır. Əlavə işləri teatrın işindən önəmli hesab etmək nə dərəcədə doğru hesab olunur?

Əməkdar artist Ç. Əhmədovun bu fikirinə isə cavab tapmaqda çətinlik çəkdik. Onun sözlərinə görə, "2015, 2016, 2017, 2018-ci illərdə ayda 500 manat Prezident mükafatı almışam. Özü də Əliqismət Lalayevin əli ilə almamışam" - deyərək fikir səsləndirib.

4 il Əliqismət Lalayevin əli ilə olmasa belə mükafat ala bilən aktyor görəsən bu il mükafat almadığı üçün niyə Əliqismət Lalayevi günahlandırır?!.

"Ona (Nazirə) dedim ki, mənə indiyədək fəxri ad verilməyib. Nə məsələdir? Dedi ki, bir az vaxt ver, mütləq ad alacaqsan. Fəxri ad aldığım gün Əliqismət Lalayevi “infarkt vurdu”. Dedi ki, bu adı haradan aldı?" - deyə Ç. Əhmədov qeyd edib.

Teatr rəhbərliyinin iştirakı olmadan hansısa yolla Əməkdar artist fəxri adı alına bilinirdisə, aktyor niyə həmin yolla həm də Xalq artisti fəxri adını almamışdır? Maraqlı və müəmmalı sualdır. Əlavə olaraq bu yaxınlarda Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas "Baku TV"-yə müsahibəsi zamanı bildirib ki, Fəxri adların verilməsində ədalətsizlik olub. "Xalq artisti” hər adamın layiq görüləcəyi, veriləcəyi fəxri ad deyil: “Heç olmasa, bundan sonra bu məsələlərə həssas yanaşılmalıdır ki, layiqli şəxslər fəxri ad ala bilsin. Əsas nəzərə alınmalı məqam isə ad veriləcək şəxsin göstərdiyi xidmət və Azərbaycan mədəniyyətini hansı səviyyədə təmsil etməsidir" - deyə Millət vəkili A. Abbas Mədəniyyət Nazirliyində aşkarlanan korrupsiya faktları ilə bağlı müsahibəsində qeyd edib.

Ç. Əhmədovun növbəti səsləndirdiyi fikirlər "Bu teatrda 2-3 normal aktyor varsa, onun biri mənəm, digəri Afaq Bəşirqızıdır." - olub.

Teatrda 2-3 aktyor varsa bəs siz oynadığınız tamaşalarda kiminlə tərəf müqabili olursunuz? Əgər tərəf müqabilləriniz varsa, onda onlara niyə hörmətsizlik və haqsızlıq edirsiniz? Bu artıq digər aktyor və aktrisalara haqsızlıq kimi qiymətləndirilir.

Əməkdar artist Ç. Əhmədov bildirib ki, Ə. Lalayev deyir ki, aktyorlar mənim köləmdir: "Anlamır ki, o, bu aktyorlara görə orada müdirdir. 37 ildir burada çalışıram. Bir söz deyən kimi də telefona yazıb aparıb ona dinlətdirirlər."

Bu sözlərə hər hansı bir fikir səsləndirmək çətindir. Bunlar çox ciddi ittihamlardır və əgər qanun qarşısında bu ittihamlar sübüt oluna bilməzsə, şər və böhtana görə məsuliyyətin nə olduğunu hər halda hər kəs bilir və ya bilmirsə öyrənməlidir.

Çingiz müəllimin ən maraqlı fikirləri isə "İndiyədək 4 teatr müdiri dəyişmişəm, onun kimisini görməmişəm." - olub.

Axtarışlar zamanı, Çingiz müəllimin "gunaz.az" saytına verdiyi müsahibə onun doğrudan da indiyədək belə müdir görmədiyini sübüt edir. O zamanlar səsləndirdiyi fikirlər isə bu sözlərdən ibarətdir: “Şükürlər Allaha, teatrımıza əməkdar incəsənət xadimi, sənətin, sənətkarın qədrini bilən insan Əliqismət Lalayev gəlib. Özü bu sənətdə böyüyüb, bu sənətin içində uzun müddət olub. Artıq bilir ki, kimin yükü haracandı, kim nəyə qadirdi, kimi haracan istəyirlər” - deyə Çingiz müəllimin müsahibəsi dərc edilib.

Ümumiyyətlə bizim fikrimizcə, son illərdə Akademik Musiqili Teatrın uğurları göz qarşısındadır. Xülasə. Mövzuya birdə Çingiz müəllimi və Əliqismət Lalayevi ortaq tanıyan başqa bir Əməkdar artist adına layiq görülmüş şəxsin müsahibəsi ilə qayıtmağa çalışacıq.

Press.az : Tərlan Əhmədov

Oxşar xəbərlər
OTACI