Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kürdə batan gəncin axtarışları yerli sakinlər tərəfindən davam etdirilir - YENİLƏNİB

05 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kür çayının Bərdə rayonu ərazisindən keçən və suyun axınının nisbətən sürətli olan hissəsində çimərkən batan gəncin axtraşları kənd sakinləri tərəfindən davam etdirilir.

Bu barədə rayonun Nazırlı Kənd icra nümayəndəsi Pərviz Əlizadə məlumat verib. 

İcra nümayəndəsinin sözlərinə görə, günorta saatlarından baş verən hadisədə batan gəncin axtarışları kənda sakinləri tərəfindən davam etdirilir: "Hadisə bu gün günorta saatlarında baş verib. Kür çayının axınının sürətli olan hissəsində çimərkən 18 yaşlı Röyal Mirağazadə batıb. Həmin vaxt çayda çimən bir neçə gənc və batan gəncin həmyaşıdları onu çıxara bilməyiblər". 

*** 16:59

Bərdə rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Nazırlı kəndi ərazisində qeydə alınıb.

Həmin kəndin sakini, 2002-ci il təvəllüdlü Röyal Rafiq oğlu Mirağazadə çayda çimərkən batıb. R.Mirağazadə ilə birlikdə çayda çimən bir neçə həmyaşıdı onu çıxarmaq istəsələr də çayın axınının nisbətən sürətli olan hissəsində çimdikləri üçün gəncin həyatını xilas edə bilməyiblər. 

Onun axtarışları yerli sakinlər tərəfindən davam etdirilir.

Report

Oxşar xəbərlər
OTACI