Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda futbol oyunları zamanı köməkçi hakim maska taxmalıdır

05 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

COVID-19 pandemiyası səbəbindən mart ayından etibarən dayandırılmış 2019/2020-ci illər mövsümünün Əsasnaməsinə əlavə edilib.

Press.az-ın məlumatına görə, dəyişikliklərdən sonra futbol matçları zamanı köməkçi hakim oyuna tibbi maska ilə çıxmalıdır. Həmçinin oyunlardan əvvəl sosial məsafənin qorunması üçün futbolçular və hakimlər görüşməyəcəklər. Vimpel dəyişdirmək və kollektiv şəkil çəkdirməyə də icazə yoxdur.

Oyundan öncə hər iki komandanın əvvəlki qaydada tuneldə yoxlanış üçün düzülməsi ləğv olunur. Bu, hər iki komandanın soyunub geyinmə otağının önündə gerçəkləşdiriləcək. Bu zaman futbolçular, eləcə də futbolçularla hakimlər arasında sosial məsafənin qorunması vacibdir. Köməkçi hakim tibbi maska taxmalıdır. Əgər geyim formasında hər hansı problem varsa belə oyunlar nəzərdə tutulan vaxtda başlayacaq. Ən pis halda hansısa komanda az sayda oyunçu ilə (qapıçı xaric) oyuna başlamalıdır. Bu insanların kütlə şəklində uzun müddət birlikdə qalmasının qarşısını alır. Futbolçu formasında yaranmış nasazlığı aradan qaldırdıqdan sonra oyuna qoşula bilər.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI