Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Benfika"nın avtobusuna hücum - Video

05 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Benfika"nın avtobusu azarkeşlərin hücumuna məruz qalıb.

Press.az "A Bola"ya istinadən xəbər verir ki, hadisə klubun dünən Portuqaliya çempionatında "Tondela" ilə heç-heçə etdiyi oyundan sonra baş verib. Belə ki, komandanın bu nəticə ilə "Portu" ilə 2 xallıq fərq yaratması imkanın əldən verməsi azarkeşlərin narazılığına səbəb olub. Bir qrup azarkeş matçdan sonra klubun avtobusuna hücum edib. Onların qarşısını polis konvoyu da ala bilməyib. Avtobusun şüşəsinə daşların atılması nəticəsində şüşə qırıntıları futbolçular Yulian Vayql və  Andriya Jivkoviçin zədələyib. Onlar ehtiyat tədbiri kimi xəstəxanaya çatdırılıblar və tez bir zamanda evə buraxılıblar.

Qeyd edək ki, "Benfika" və "Portu" 25 turdan sonra 60 xalla 1-2-ci pillələri bölüşdürürlər.

 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI