Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Trampın Fərmanı: Sosial şəbəkələrdə nələr olacaq?

04 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tvitter platformasında paylaşdığı postu etibarsız olaraq qeyd edilən ABŞ prezidenti Donald Tramp sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı fərman imzalayıb. Sənədə görə, siyasi senzuraya yol verən platformalar toxunulmazlıq hüququndan məhrum edilir. Eyni zamanda, sənəddə sosial şəbəkələrin bağlanması ilə bağlı göstəriş də yer alıb. Dünyaca məşhur Tvitter sosial şəbəkəsinin nümayəndələri ABŞ prezidentinin fərmanını "mürtəce və siyasiləşmiş" adlandırıblar. Hüquqşünaslar isə Trampın qərarının ABŞ Konstitusiyasına Birinci Dəyişikliyi pozduğunu bildiriblər.

Press.az ted.az-a istinadən bildirir ki, ABŞ-ın 44-cü prezidenti Donald Trampın sosial şəbəkələri sərt sanksiyalarla hədələyən Fərmanı gözlənildiyi kimi birmənalı qarşılanmayıb.

Prezident sənədi imzalamamışdan öncə jurnalistlərə açıqlamasında "Bu gün biz söz azadlığını ən böyük təhlükələrdən qoruyacağıq" deyə bildirmişdi.

Bu qərarı Amerika prezidentinin Tvitter sosial şəbəkəsilə qarşıdurmasından iki gün sonra qəbul edildi. Məlum olduğu kimi, sözügedən platformanın moderatorları prezidentin iki postunu "etibarsız" kimi qeydə alıblar. Koronavirus pandemiyasına görə poçtla səsvermə haqqında danışılan postda Donald Trump belə seçkilərin ədalətli sayıla bilməyəcəyini iddia edib. Çünki poçtla səsverməni saxtalaşdırmaq asandır.

Platforma tərəfindən atılan addım Donald Trumpı qəzəbləndirdi, bu da yeni bir fərmanın ortaya çıxmasına səbəb oldu.

Prezidentin sözlərinə görə, Fərmandan öncə sosial şəbəkələr "istədiklərini edə bilərdilər". Tramp qeyd edib ki, sosial şəbəkələr Tvitter kimi, neytral platforma olması nəzəriyyəsinə görə misli görünməmiş toxunulmazlıq hüququna malik idi: "İcra Fərmanı Rabitə etikası qanununun 230-cu hissəsinə əsaslanan yeni tənzimləmə tətbiq etmək məqsədi daşıyır. Senzura və ya siyasi aksiyalarda iştirak edən sosial şəbəkələr artıq müdafiə olunmayacaq".

Yuxarıda göstərilən qanunun 230-cu bölməsi sosial şəbəkələrə platformalarında məzmunun moderasiyası sahəsində geniş səlahiyyətlər verir. Bundan əlavə, prezidentin sözlərinə görə, İT şirkətləri istifadəçilərin yayımladığı şərhlər və digər məzmunlar üçün cavabdeh deyillər.

Trumpın yeni Fərmanı qüvvəyə minərsə, sosial şəbəkələr istifadəçilərə qarşı ayrıseçkilik hesab edilən hansısa bir tədbir görsələr, toxunulmazlıq hüquqlarını itirəcəklər. Bundan əlavə, sənəddə deyilir ki, ABŞ Federal Ticarət Komissiyasından (FTC) texnoloji şirkətlərin "yanlış və ya ədalətsiz əməllərdə" iştirak etmə qadağasına riayət etməsinə nəzarət tələb olunur.

"Böyük, güclü sosial media şirkətləri insanların fikirləri ilə razılaşmadıqda və senzura tətbiq etdikdə, bu onlara təhlükəli güc verir", - deyə prezidentin fərmanında qeyd olunur.

Sənəddə "indi siyasi qərəzi ifadə edən xəbərdarlıq etiketlərini müəyyən paylaşımlarda işarələyən" Tvitter platforması ayrıca qeyd olunur. Vurğulanır ki, əvvəllər platformada siyasətçilərin heç bir tviti Donald Trampın postları kimi etibarsızdır işarəsi ilə qeyd olunmamışdı.

Tvitter rəhbərliyi ABŞ prezidentinin Fərmanını "mürtəce və siyasiləşmiş" adlandırdı.

"Rəsmi açıqlamadan göründüyü kimi, ABŞ-ın Rabitə etikası qanununun 230-cu bölməsi "Amerikanın yeniliklərini və ifadə azadlığını qoruyur". Trumpın yeni tənzimləmə yaratmaq üçün birtərəfli cəhdləri internetdə söz azadlığını təhdid edir. Eyni zamanda, Prezident Tramp müəyyən şərtlər əsasında Tvitterin bağlanmasına icazə verdiyini də söyləyib", - Bu fikirləri isə Tvitter şirkətinin nümayəndələri bildiriblər.

Donald Tramp: "Tvitterin bağlanıb, bağlanmaması haqqında fikirləşəcəm. Vəkillərimlə məsləhətləşməliyəm".

Donald Trampın qətiyyətinə baxmayaraq, İT sektorunun tənzimlənməsi sahəsində mütəxəssislər fərmanın qüvvəyə minməyəcəyini iddia edirlər. Onların sözlərinə görə, ABŞ Konstitusiyasına edilən ilk düzəliş prezidentin siyasətləri ilə razılaşmadığı təqdirdə sosial şəbəkələrin bağlanmasını qadağan edir. Bir neçə hüquqşünas isə qeyd edib ki, prezident fərmanının bəzi hissələri ölkə qanunlarına ziddir. Bu isə o deməkdir ki, verilən fərmana məhkəmədə asanlıqla etiraz edilə bilər.

Oxşar xəbərlər
OTACI