Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cənubi Koreyada COVID-19-a qarşı peyvəndin klinik sınaqlarına başlanacaq

04 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koreya Respublikasında yeni növ koronavirusa qarşı peyvəndin ilk klinik sınaqları bu ayın sonuna qədər keçiriləcək.

Press.az deyerler.org-a istinadən bildirir ki, bu barədə sınaqların keçiriləcəyi Seul Milli Universitetinin xəstəxanasının saytında məlumat verilib.

Sınaqlar Seulda yerləşən Beynəlxalq Peyvəndlər İnstitutunun (IVI) dəstəyi və INO-4800 peyvənd nümunəsini təqdim edən ABŞ-ın "Inovio Pharmaceuticals" əczaçılıq şirkəti ilə əməkdaşlıqla başlayacaq.

Klinik testlər üçün vəsait Epidemik Hazırlıq İnnovasiyaları Koalisiyası (CEPI) və Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi tərəfindən ayrılacaq. Hələlik maliyyələşdirmənin dəqiq həcmi barədə məlumat yoxdur.

Qeyd edək ki, Koreya Respublikasında bu günə qədər 11 629 koronavirusa yoluxma hadisəsi aşkar edilib. 273 nəfər COVID-19 pandemiyasının qurbanı olub. Ölkədə virusun yayılmasından bəri ümumilikdə 10 499 nəfər sağalıb.

Oxşar xəbərlər
OTACI