Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

UEFA son 50 ilin reytinqini açıqladı - "Qarabağ"...

04 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

UEFA Avropa Liqasında (eyni zamanda, ləğv edilmiş UEFA və Kuboklar kuboku) son 50 ilin reytinq cədvəlini açıqlayıb.

Press.az xəbər verir ki, 1971-2020-ci illər üçün nəzərdə tutulan siyahıda Azərbaycanın 16 klubu yer alıb. Onlardan ən yaxşı göstərici "Qarabağ"a məxsusdur. Avropada əsas uğurlarını Qurban Qurbanovun rəhbərliyi altında qazanmış Ağdam təmsilçisi 69 xalla 983 klub arasında 118-ci pillədə qərarlaşıb.

"Neftçi" 34 xalla 216-cı, "Qəbələ" 27 xalla 248-cidir. "Xəzər Lənkəran" (10 xal) 471, "Zirə" (5 xal) 601, "Karvan" (5 xal) 606,  "Bakı" (5 xal) 631, "Kəpəz" (3 xal) 715, "Olimpik-Şüvəlan" (AZAL, 2 xal) 758-ci, "MKT Araz" (1 xal), 819, "Xəzri Buzovna" (1 xal) 861-cidir.

"Səbail" (876-cı yer), "Simurq" (902), "Turan" (939), "Şəfa" (940) və "Şəmkir"in (950) isə xalı yoxdur.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI