Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Banklar tərəfindən özünüməşğulluq proqramına dəstək məqsədilə artıq 100-ə yaxın proqram iştirakçısına aktivlər təqdim edilib

04 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Prezident İlham Əliyevin təşəbbüsünə uyğun olaraq, banklar tərəfindən özünüməşğulluq proqramına dəstək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində proqramı iştirakçılarına aktivlərin verilməsi davam edir.

Nazirlikdən Press.az-a verilən məlmata görə, artıq 100-ə yaxın proqram iştirakçısına seçdikləri fəaliyyət sahəsi üzrə kiçik bizneslərini qurmaq üçün banklar tərəfindən mal və materiallar formasında aktivlər təqdim edilib.

Ümumilikdə isə əməkdaşlıq çərçivəsində respublika üzrə təlimləri uğurla başa vuran və biznes planlarını müdafiə etmiş 1000 nəfər proqram iştirakçısının banklar tərəfindən aktivlərlə təmin edilməsi nəzərdə tutulub

Oxşar xəbərlər
OTACI