Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Metro yenidən BAĞLANIR? - Rəsmi AÇIQLAMA

04 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şənbə və bazar günləri hərəkətin tam məhdudlaşdırılmasi ilə bağlı qərar metropolitenə də şamil ediləcək?

Press.az xəbər verir ki, bu barədə Milli.Az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Sözçü metronun həftə sonları yenidən bağlanıb bağlanmayacağı ilə bağlı fikirlərdən məlumatsız olduğunu bildirib:

"Bu, ümumi qərarda açıqlanacaq və ancaq Operativ Qərargahın səlahiyyətində olan məsələdir. Onlar hansı qərarı açıqlayacaqsa, biz də o qaydayla çalışacağıq. Mən bu barədə nəsə demək səlahiyyətinə malik deyiləm və tam ətraflı heç bir şeydən də məlumatım yoxdur. Qərar sahibi onlar olduğu üçün ümumi vəziyyəti də bilirsiniz. Biz sərnişin daşıyırıq. Operativ Qərargah nə qərar versə biz ona da tabe olmalıyıq".

Oxşar xəbərlər
OTACI