Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Deputatlar bu gün bir neçə qanun layihəsini müzakirə edəcək

04 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçiriləcək.

Parlamentin mətbuat xidmətindən Press.az-a verilən məlumata görə, iclasda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin (birinci oxunuş) və “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi nəzərdə tutulur.

Müzakirələrdə deputatlar və sahə mütəxəssisləri iştirak edəcəklər.

Oxşar xəbərlər
OTACI