Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Oqtay Əsədov və Fəttah Heydərov Milli Məclisə niyə gəlmir? - AÇIQLAMA

04 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Deputatlarla bağlı İntizam Komissiyasına heç bir şikayət daxil olmayıb. Hər şey qaydasındadır”.

Press.az xəbər verir ki, bu fikirləri Modern.az-a Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov deyib.

Komissiya sədri yaşı 65-dən yuxarı olan deputatlar Oqtay Əsədov və Fəttah Heydərovun parlamentin iclaslarına qatılmamasına da aydınlıq gətirib:

“Hesab edirəm ki, indiki şəraitdə bu məsələnin müzakirə edilməsi doğru deyil. Bildiyiniz kimi, ölkəmizdə iyunun 15-dək karantin rejimi uzadılıb. Həmçinin, yaşı 65-dən yuxarı olan insanlara evdən çıxmamaq tövsiyə edilib.

Ona görə də Oqtay müəllimin və Fəttah müəllimin iclaslara qatılmamasını ümumi qaydalara uyğun qəbul etmək lazımdır. Hətta mən də parlamentin iclasına qatılmaya bilərəm. Burada qəbahət yoxdur. Ölkədə karantin rejimi davam edir”.

Oxşar xəbərlər
OTACI