logo
First slide

Azərbaycanda koronavirusdan ölənlərin dəfni xüsusi qaydalara uyğun həyata keçirilir - VİDEO

03 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda son günlərdə koronavirusdan ölənlərin sayı artıb.

Elə ilk ölüm halı qeydə alınan gündən hər kəsi maraqlandıran məsələ vəfat edən şəxslərin necə dəfn olunmasıdır. Gəncədə koronavirus pandemiyasından dünyasını dəyişən şəxslərin dəfni xüsusi nəzarət altında həyata keçirilir.

Belə ki, xəstəlikdən həyatını itirən şəxslər Operativ Qərərgahın təsdiq etdiyi qaydalara uyğun torpağa tapşırılır. Qəbiristanlıqlarda çalışan şəxslərə xüsusi geyimlər, əlcəklər və maskalar verilib. Dəfn işləri məhz bu vasitələrdən istifadə edilməklə həyata keçirilir. Bu günə kimi Gəncə şəhərində virusdan dünyasını dəyişən şəxslərin əksəriyyəti Rusiyada yaşayan azərbaycanlılardır.

Dəfn və Mərasim Xidmətinin müdiri Ələddin Hüseynov bildirir ki, dəfn qaydaları bu dəfə ənənəvi şəkildə aparılmır.

“Biz onları xüsusi qaydada dəfn edirik. Meyitlər tabutda bura gətirilir, elə tabutda da dəfn edilir. Hər kəsə xidmət paltarları verilib, mütəmadi olaraq yenilənir” – deyə Ələddin Hüseynov əlavə edib.

Qəbiristanlıqlarda dəfn işlərini həyata keçirən işçilər üçün ayrılan qoruyucu vasitələr mütəmadi şəkildə yenilənir. Bu şəxslərə hər gün yeni xüsusi geyimlər, əlcəklər, maskalar verilir.

Bundan əlavə, qəbiristanlıqlarda həftə ərzində üç dəfə dezinfeksiya işləri aparılır. Kütləvi qəbirüstü ziyarətlər tamamilə məhdudlaşdırılıb.

Oxşar xəbərlər