Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Regionlarda 8 tondan artıq yabanı çətənə məhv edilib

03 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

 Regionlarda 8 tondan artıq yabanı çətənə məhv edilib

Press.Az xəbər verir ki, Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən Aşağı Çardaxlar kəndi ərazisində 2 sot sahədə yabanı halda bitmiş 3 ton 322 kq. olan 7425 ədəd çətənə kolu aşkar edilib.

Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən Qubalı Baloğlan kəndi ərazisində 15 sot sahədən 627 ədəd, Meyniman kəndi ərazisində 20 sot sahədən 511 ədəd yabanı halda bitmiş çətənə kolları, Ağsu RPŞ-nin əməkdaşları tərəfindən Ərəbmehtibəy kəndi ərazisində 2 hektar sahədə yabanı halda bitmiş, 1 ton olan 2600 ədəd çətənə kolu, Qazax RPŞ-nin əməkdaşları tərəfindən Cəfərli kəndi ərazisində yabanı halda bitmiş 2000 ədəd çətənə kolu aşkar edilib. 

Narkotik xassəli biltiklər məhv edilib.

Oxşar xəbərlər
OTACI