Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İşçilər müxtəlif saatlarda işə gəlsinlər - Ramin Bayramlı

03 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Səhər və axşam saatlarında işə gəlib-gedənlərin sayının nizamlanması, nəqliyyatda sıxlığın yaranmaması üçün təkliflər hazırlanaraq Operativ Qərargaha təqdim edilib.

Press.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, sıxlığın yaranmaması üçün müəssisələrə müraciətin edilməsi nəzərdə tutulur: “İş yerlərinə müraciət etmək istəyirik ki, işə gələn işçilər 3 qrupa bölünsünlər və ayrı-ayrı saatlarda işə gəlsinlər. Müvafiq təklifimiz var. Qəbul edilsə, sabah bu barədə məlumat veriləcək”.

Oxşar xəbərlər
OTACI