Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda həftəsonu küçəyə çıxmaq qadağası – RƏSMİ AÇIQLAMA- YENİLƏNİB

03 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Həftəsonları üçün sərtləşdirici tədbirlərin olması üçün alqoritm hazırlanırdı. Müraciətimiz dəyərləndirilib".

Press.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, narıncı zonada şənbə və bazar günləri tam küçəyə çıxma qadağası təklif edilib:

"Cümə günündən başlayacaq qadağa birinci günə kimi olacaq. İrəlidəki bir-iki ay müddətində 2-3 günlük qadağa ola bilər. Qərarın detalları müzakirə olunur".

*** 19:15

"Karantin rejiminin yumşaldılmasının dayandırılması ilə bağlı müxtəlif variantlar müzakirə olunub".

Press.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Cümə günü axşamdan bazar ertəsi səhərə qədər tam məhdudlaşdırma qaydası qüvvəyə minə bilər”, - İ.Məmmədov əlavə edib.

Oxşar xəbərlər
OTACI