Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda avtomobillərdən oğurluq edənlər saxlanılıb

02 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda avtomobillərdən oğurluq edənlər saxlanılıb

Press.Az xəbər verir ki, Səbail RPİ 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 29-da rayon ərazisində “Renault” markalı avtomobildən 560 manat dəyərində mobil telefon oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Abdullayev saxlanılıb.

Bundan başqa, Sabunçu RPİ 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın

31-də Sabunçu qəsəbəsində “Niva” markalı avtomobildən 600 manat dəyərində mobil telefon oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.İsmayılov saxlanılıb.

Binəqədi RPİ 4-cü polis şöbəsi və 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsindəfevralın 10-da Bakı şəhər sakini R.İsayevə məxsus “KİA” markalı avtomobildən noutbuk və fləşkart oğurlayan Şəmkir rayon sakini S.Pənahov saxlanılıb.

Araşdırma zamanı onun, bu il fevralın  7-dən aprelin 14-dək olan müddətdə rayon ərazisindəki bir aptekdən 1400 manat pul, sənədlər və 500 manat dəyərində dərman preparatları, üç mağazadan 120 manat pul, 2200 manat dəyərində tütün məmulatı və ərzaq məhsulları oğurlaması müəyyən edilib.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

Oxşar xəbərlər
OTACI