Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Premyer Liqamızda klub sayı artırılmayacaq - Açıqlama

02 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümündə komanda sayı artırılmayacaq.

Press.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası aşağı dəstədən iki klubun elitaya qalxmasına mənfi təsir göstərəcək: "Lisenziya ilə bağlı əsas meyarlar infrastruktur və maliyyə məsələləridir. Əvvəlki təcrübə göstərdi ki, maliyyə meyarlarına göz yumsaq, çempionat gedə-gedə onların sayı azala bilər. Planda 10 komanda var idi. Amma indiki vəziyyəti nəzərə alaraq deyə bilərəm ki, növbəti mövsümdə yüksək dəstədə 10 komanda olmayacaq. Stabilliyi qorumalıyıq. 8 komandalı çempionat keçiriləcək".

Qeyd edək ki, "Turan Tovuz" və "Kəpəz"in yeni mövsümdən Premyer Liqada iştirak edəcəyi gözlənilirdi.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI