Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

9 işəgötürən barədə məlumatlar hüquq-mühafizə orqanlarına göndərilib

02 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dövlət Əmək Müfəttişliyi Xidməti e-sistemə reallığa uyğun olmayan əmək müqaviləsi bildirişləri daxil edən 9 işəgötürən barədə məlumatları hüquq-mühafizə orqanlarına göndərib

Onların ayrı-ayrı şəxslərin karantin dövründə sərbəst hərəkətinə şərait yaratmaq üçün sui-istifadə hallarına yol verdiyinə dair şübhələr yaranıb

Bu barədə Press.az -a Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi​ndən məlumat verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinə əsassız xitam verilməsi hallarına qarşı tədbirlərini davam etdirir.

Xidmət tərəfindən “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən bu istiqamətdə daimi nəzarət həyata keçirilir. Nəzarət zamanı 9 işəgötürən tərəfindən karantin dövründə ayrı-ayrı şəxslərin evdən çıxaraq sərbəst hərəkət etmələri üçün müvafiq icazəni əldə etmələrinə şərait yaratmaq üçün onlarla bağlı reallığa uyğun olmayan əmək müqavilələri bağlayaraq bu barədə bildirişləri həmin e-sistemə daxil etdiklərinə dair əsaslı şübhələr yaranıb.

Həmin  işəgötürənlər barəsində toplanmış müvafiq məlumatlar araşdırılması və tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.

Eyni zamanda karantin dövründə əmək müqavilələrinə xitam vermiş 50-yə yaxın işəgötürənə xitam vermə halının əmək qanunvericiliyinə uyğun olub-olmamasının araşdırılması məqsədi ilə müvafiq sənədləri Xidmətə təqdim etmələri üçün məktublar göndərilib.

Dövlət Əmək Müfəttişliyi Xidməti bütün işəgötürənlərin diqqətinə çatdırır ki, əmək müqavilələrinə əsassız xitam verilməsi halları ilə bağlı  qəti tədbirlər bundan sonra da davam etdiriləcək. Xidmət işəgötürənlərə əmək qanunvericiliyinin tələblərinə, karantin rejimi qaydalarına, tövsiyələrə əməl etməyi tövsiyə edir.

Oxşar xəbərlər
OTACI